Millimiz FİFA reytinqində gerilədi

15:54 3 Sentyabr 2015

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Sportarena.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası 4 pillə geriləyərək 110-cu pilləyə düşüb.

 

"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqiblərindən olan İtaliya 16-cı pillədəki yerini qoruyub. Xorvatiya 14-cü (-1), Norveç 69-cü (-1), Bolqarıstan 68-ci (+1), Malta isə 160-cı (-1) yeri tutur.

 

Qeyd edək ki, siyahıya yenə 1442 xalla Argentina başçılıq edir. Belçika 1269 xalla 2-ci, Almaniya 1248 xalla 3-cü yeri tutur.


Digər xəbərlər

Xəbər xətti