"Qarabağ"ın rəqibi Avroliqa üçün heyətini açıqladı

19:46 3 Sentyabr 2015

"Anderlext" Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Sportarena.az xəbər verir ki, Belçika təmsilçisi 18 futbolçu sifariş verib. Bunlardan 2-si qapıçı, 4-ü müdafiəçi, 6-ı yarımmüdafiəçi, 6-ı hücumçudur:

 

Qapıçılar: Silvio Proto, Frank Boeckx

Müdafiəçilər: Olivye Deşaxt, Bram Nuytink, Fabris N'Sakala, İvan Obradoviç

Yarımmüdafiəçilər: Serinye Mbodj, Endi Naxar, Stiven Defur, Frank Açimbonq, Mahmud Hassan, Qiyom Jille

Hücumçular: Matias Suares, İbrahima Konte, Osval Alveras, İdrissa Silla, İmoh Ezekyel, Stefano Okaka

 

Qeyd edək ki, "Anderlext" Avropa Liqasında J qrupunda "Tottenhem", "Monako" və "Qarabağ"la birgə mübarizə aparacaq.


Xəbər xətti