Malta - Azərbaycan oyununa təyinatlar açıqlandı

20:21 3 Sentyabr 2015

Millimizin "AÇ-2016"nın seç mərhələsi çərçivəsində Malta ilə səfər oyununa təyinatlar açıqlanıb. Sportarena.az xəbər verir ki, yığmamızın oyunu avstriyalı hakimlərə tapşırılıb.

 

Görüşü FİFA dərəcəli hakim Harald Lexner idarə edəcək. Onun köməkçiləri Maksimillian Kolbiç və Andreas Staudinqer yardımçı olacaqlar. Əlavə köməkçi hakimlər funksiyasını Aleksandr Harkam və Yulian Vaynberqer yerinə yetirəcəklər.

 

Qarşılaşmanın 4-cü hakimi isə Andreas Haydenrayx olacaq.


Xəbər xətti