"Azərbaycan belə futbolçularla fəxr edə bilər" - Prosineçki

23:59 3 Sentyabr 2015

"Öz oyunçularımla fəxr edirəm. Xorvatiya kimi güclü yığmaya qarşı oynadıq və bir xal qazandıq. Bizi daha bir çətin oyun gözləyir. Azarkeşlərə dəstəyə görə çox sağol deyirəm”.

 

Sportarena.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki "Avro-2016"nın seçmə mərhələsində Xorvatiya ilə oyundan (0:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

 

- Xorvatiya millisi haqda məlumatlı olmağınızın faydası oldumu?

- Sözsüz ki, oldu. Ancaq ilk növbədə komandamın əzmkar oyununu qeyd etməliyəm. Xorvatiyaya qarşı belə mübarizə aparmaq asan deyil.

 

- Niyə hücumda məhz Məhəmməd Qurbanova şans verdiniz? Rauf Əliyevi də sınamaq olmazdı?

- Bu suala cavab vermək istəmirəm.

 

- Milli komandamız tarixində ilk dəfə olaraq ardıcıl üç oyunda xal qazandı. Bu, sizin üçün nə deməkdir?

- Bu o deməkdir ki, futbolçularımız çox çalışır. Komandamız öz üzərində dayanmadan işləyir. Bütün Azərbaycan belə futbolçularla fəxr edə bilər.

 

- Belə oyunla Maltaya qalib gəlmək olar?

- Məncə, siz Xorvatiyanın nəyə qadir olduğunu bilmirsiniz. Malta ilə oyunda əlimizdən gələni edəcəyik ki, Bakıya xalla qayıdaq.


Xəbər xətti