Yığmamız dünya çempionatı üçün heyətini açıqladı

11:06 4 Sentyabr 2015

Bədii gimnastika üzrə Azərbaycan millisi dünya çempionatı üçün heyətini açıqlayıb. Sportarena.az xəbər verir ki, komandamızın baş məşqçisi Mariana Vasilyeva sentyabrın 7-13-də Almaniyanın Ştutqart şəhərində keçiriləcək mundialda ən güclülərə şans verəcək.

 

Belə ki, dünya çempionatının fərdi yarışlarında ölkəmizin idman şərəfini Marina Durunda, Ayşən Bayramova və Zeynep Elif Celep qoruyacaq. Qrup hərəkətləri komandamızın heyətinə isə Siyana Vasilyeva, Aynur Mustafayeva, Diana Doman, Aleksandra Platonova, Nigar Abdusalimova və Səbinə Abbasova daxil ediliblər.

 

Qeyd edək ki, yarış Rio Olimpiadasında lisenziya xarakteri daşıyır.


Xəbər xətti