Arda Turan bu qızla evlənir FOTO

15:07 4 Sentyabr 2015

Futbolçu Arda Turanla Aslıhan Doğanın münasibətləri evliliyə doğru gedir. Sportarena.az xəbər verir ki, Aslıhan ulduz futbolçu "Barselona"ya transfer olunduqdan sonra sevgilisinin İspaniyadakı evinə köçüb.

 

Dünən isə Arda sevgilisinin atası ilə balıq restoranında görüşüb. Daha əvvəl Türkiyədə gələcək qayınatasının evində qonaq olan futbolçu ilə Sabri Doğan çox səmimi söhbət ediblər.

 

Yaxınlarının dediklərinə görə Aslıhan və Arda S.Doğandan toy üçün icazə alıblar.

 


Xəbər xətti