Qedin Prosineçkini qabaqladı

12:32 5 Sentyabr 2015

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da baş tutacaq Malta – Azərbaycan oyunu ərəfəsində hər iki komandanın keçirəcəyi mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb. Sportarena.az xəbər verir ki, əvvəlcə ev sahiblərinin baş məşqçisi Petro Qedin jurnalistlərin önünə çıxacaq.

 

Malta milllisinin açıq məşqi başa çatdıqdan sonra isə növbə komandamıza çatacaq.

 

Robert Prosineçkinin yarım saatlıq nəzərdə tutulan mətbuat konfransından sonra millimizin mətbuat üçün açıq məşqi keçiriləcək.

 

Malta millisi

5 sentyabr

Saat 16:30. Mətbuat konfransı

Saat 17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

 

Azərbaycan millisi

5 sentyabr

Saat 17:30. Mətbuat konfransı

Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

 

Hər iki mətbuat konfransı və açıq məşq Milli stadionda keçiriləcək.

 

Qeyd: Mətbuat konfranslarının və açıq məşqlərin başlanma saatları yerli vaxtla göstərilib.


Digər xəbərlər

Xəbər xətti