Rəhim Həsənov Malta millisinin üzvlərini cəzalandırdı

14:05 5 Sentyabr 2015

Avropa çempionatının seçmə mərhələsində keçirilən Çeхiya - Malta matçında azərbaycanlı hakimlər ədaləti qoruyub.

 

Sportarena.az хəbər verir ki, Rəhim Həsənovun başçılıq etdiyi oyun meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Həsənov Maltadan Yohan Bezzina və Llivelin Kremonanı sarı vərəqə ilə cəzalandırıb.

 

Qeyd edək ki, Rəhim Həsənova Namiq Hüseynovla Vaqif Musayev yardımçı olub. Dördüncü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirib.


Xəbər xətti