"Qarabağ"ın müdafiəçisi cəzalandı

16:00 5 Sentyabr 2015

"Qarabağ"ın futbolçusu Ansi Aqolli şərəfini qoruduğu Albaniya millisinin heyətində növbəti matçını keçirib. Sportarena.az xəbər verir ki, albanlar "Avro-2016"nın seçmə mərhələsində səfərdə Danimarkanın qonağı olub.

 

Bu görüşdə tərəflərin ciddi cəhdlərinə baxmayaraq, hesab açılmayıb. 90 dəqiqə meydanda olan Aqolli 31-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

 

Qeyd edək ki, İ qrupunda qərarlaşan Albaniya yığması keçirdiyi 5 oyundan sonra 11 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti