Azərbaycan Maltanı məğlub edə bilmədi - YENİLƏNİB

23:04 6 Sentyabr 2015

Bu gün "AÇ-2016"nın seçmə mərhələsində VIII tura start verilib. Sportarena.az xəbər verir ki, H qrupunda mübarizə aparan millimiz də növbəti sınağına çıxıb. Komandamız səfərdə Malta seçməsi ilə üz-üzə gəlib.

 

3 gün öncə Xorvatiyadan 1 xal alaraq sensasiyaya imza atan Robert Prosineçkinin komandası səfərdən 3 xalla qayıtmaq niyyətindədi. Millimiz Bakıdakı ilk görüşdə Maltanı 2:0 hesabı ilə məğlub etmişdi.

 

Qarşılaşma Bakı vaxtı ilə 21:00-da başlayıb.

 

"AÇ-2016"nın seçmə mərhələsi, VIII tur

6 sentyabr

H qrupu

21:00. Malta - Azərbaycan  2-2 

Qol. Rahid Əmirquliyev,37,80,Mifsud,55, Efyonq,71

Hakimlər: Harald Lexner, Maksimilian Kolbitş, Andreas Ştaudinger, Andreas Haydenrayx (hamısı Avstriya)
Ta Qali Milli Stadionu.


S Komandalar O  Q  H  M  T-F  Xal

1. İtaliya           7  4  3  0  10:5  15

2. Xorvatiya       7  3  4  0  16:3  14

3. Norveç          7  4  1  2  8:8  13

4. Bolqarıstan    7  2  2  3  7:8  8

5. Azərbaycan    7  1  2  4  4:11  5

6. Malta             7  0  1  6  1:11  1


Digər xəbərlər

Xəbər xətti