"Qəbələ"nin futbolçusu məhsuldar ötürmə verdi, komandası qalib gəldi - VİDEO

13:35 6 Sentyabr 2015

"AÇ-2016"nın seçmə mərhələsinin növbəti turunda ötən gün Estoniya millisi Litva ilə qarşılaşıb. Sportarena.az xəbər verir ki, "Qəbələ"nin futbolçusu Sergey Zenyov şərəfini qoruduğu Estoniya millisinin start heyətində meydana çıxıb.

 

Matçın 71-ci dəqiqəsində Zenyovun məhsuldar ötürməsi qolla nəticələnib. Vasilyevin qolu estonlara qələbə qazandırıb – 1:0.

 

Qeyd edək ki, Estoniya yığması 10 xalla qrupda 3-cü pillədədir.

 


Digər xəbərlər

Xəbər xətti