İtaliya qələbə qazandı, Xorvatiya uduzdu - YENİLƏNİB

01:40 7 Sentyabr 2015

Bu gün "AÇ-2016"nın seçmə mərhələsində VIII tura start verilib. Sportarena.az xəbər verir ki, H qrupunda Malta - Azərbaycan oyunundan başqa daha 2 görüş baş tutur.

 

Səfərdə Bolqarıstanı məğlub edərək 3-cü pillədə möhkəmlənən Norveç yığması doğma meydanda Xorvatiya kollektivini qəbul edib. Ötən tur Bakıda millimizlə qolsuz bərabərliyə razılaşan xorvatlar səfərdə qələbə qazanıb, final mərhələsinə 1 addım da yaxınlaşmaq istəyir.

 

Digər görüşdə isə İtaliya evdə Bolqarıstanı qəbul edib. Xorvatiyanın xal itkisindən maksimum yararlanan italyanlar bu görüşdə də qələbə qazanmaq əzmindədilər.

 

"AÇ-2016"nın seçmə mərhələsi, VIII tur

6 sentyabr

H qrupu

 

21:00. Norveç - Xorvatiya  2-0 

Qol. Berget, 51, 69

 

23:45. İtaliya - Bolqarıstan 1-0

Qol. De Rossi, 6


Xəbər xətti