"Qələbə seriyasını Bakıda da davam etdirməliyik" - İtaliya millisinin üzvü

14:28 7 Sentyabr 2015

"Qələbə seriyasını oktyabrda da davam etdirməliyik. Bunu bacarsaq, seçmə mərhələyə major notlarla yekun vuracağıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri İtaliya millisinin müdafiəçisi Corcio Kyellini deyib. "AÇ-2016"nın seçmə mərhələsində Bolqarıstan üzərində 1:0 hesablı qələbəni şərh edən təcrübəli futbolçu gələn ay Bakıda millimilə keçirəcəkləri oyuna da toxunub:

 

"Gələn ay bizi öncə Azərbaycanla oyun gözləyir. Səfərdə bu komandaya mütləq qalib gəlməliyik. Təbii ki, Avropa çempionatının final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin etmək istərdik. Ancaq hədəfdən dönməmişik, yenə məqsədimiz eynidi. Bu cür əminliklə də irəli getmək lazımdı".

 

Qeyd edək ki, Azərbaycan – İtaliya matçı oktyabrın 10-da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti