Karateçimiz İstanbulda qızıl medal qazandı

17:17 7 Sentyabr 2015

İstanbulda karate 1 Premyer Liqasında iştirak edən milli komandamızın bir neçə nəfər əsas və əvəzedici üzvlərindən İrina Zaretska yarışın qalibi olub. Sportarena.az xəbər verir ki, digər idmançılarımızdan Rafiz Həsənovla (-67 kq), Ceyhun Mustafayev (-60 k) bürünc medal uğrunda həlledici görüşdə məğlub olub.

 

Bu nəticə ilə nüfuzlu turnurə yollanan bir neçə idmançımız 19 medal qazana bilən ölkə karateçiləri arasnda 7-ci yeri tutublar. İstanbul Premyer Liqasnda 48 ölkədən 492 idmançı iştirak edib.

 

Dünya Karate Federasiyasının Karate 1 Premyer Liqa yarışlarından növbəti turnir sentyabrın son günlərində Almaniyada keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti