"Qəbələ"nin rəqibində ŞOK İTKİLƏR

19:01 7 Sentyabr 2015

"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya"nın daha iki futbolçusu zədələnib. Sportarena.az xəbər verir ki, bunlar Pierre-Emerik Obameyanq və Lukas Pişekdir.

 

Qasıq nahiyyəsindən zədə alan Pişek Polşa, topuğundan zədələn Obameyanq isə Qabon yığmasından Dortmund klubunun düşərgəsinə erkən qayıdıb. Hər iki futbolçunun zədəsinin yüngül olduğu ehtimal edilir. Lakin bu barədə ətraflı məlumatı komandanın həkimi Markus Braun verəcək.

 

Qeyd edək ki, daha öncə "Borussiya"nın futbolçusu Marko Roys zədə səbəbindən Almaniya yığmasının heyətindən kənarlaşdırılıb.


Digər xəbərlər

Xəbər xətti