Millimizin sabiq futbolçusu restoran işlədir - FOTOLAR

00:15 9 Sentyabr 2015

Millimizin sabiq futbolçusu, Türkiyənin "Dənizlispor" klubunda forma geyinmiş Arif İsayev hazırda obyekt işlədir. Sportarena.az "qaynar.info"ya istinadən xəbər verir ki, İsayev hazırda "AViNi" adlanan restoranı işlədir.

 

Özü də artıq bu ismi restoranlar şəbəkəsi kimi də qeyd etmək olar. Çünki onun Bakıda Əhmədli və Bakıxanov qəsəbəsində belə obyektləri var. Daha bir restoranın isə başqa bir məkanda açılması nəzərdə tutulub. 4 ilə yaxındır ki, Əhmədlidəki restoran fəaliyyət göstərir.

 

"AViNi" adının mənası isə Arif, Vidadi və Nizami sözlərindən götürülüb. Belə ki, Vidadi və Nizami Arifin böyük qardaşlarıdır.

 

Qeyd edək ki, 30 yaşlı Arif İsayev karyerası ərzində Sumqayıtın "Xəzər", "Gənclərbirliyi", "Standard", Bakının "Göyçə", AZAL, Zaqatalanın "Simurq", Salyanın "Muğan" və Qəbələnin eyniadlı komandasında çıxış edib. O, sonuncu dəfə Türkiyənin "Dənizlispor" klubunda çıxış etdikdən sonra zədəsinə görə bir daha heç bir klubda oynamayıb.

 

Sonda Arif İsayevin Əhmədli qəsəbəsindəki "Köhnə Günəşli" adlanan yerdə, Neapol dairəsinə yaxın ərazidə yerləşən yenicə təmirdən çıxmış restoranından özəl görüntüləri təqdim edirik.

 


Digər xəbərlər

Xəbər xətti