Dünya Kubokunun iştirakçıları paytaxtımızda

13:53 9 Sentyabr 2015

Sentyabrın 10-da Bakıda startı veriləcək şahmat üzrə Dünya Kubokunun iştirakçıları və qonaqlar Bakıya gəlir. Sportarena.az xəbər verir ki, artıq şahmatçılar və onları məşqçiləri ölkəmizə gəlməyə başlayıb. Bu gün FİDE prezidenti Kirsan İlyumjinov da paytaxtımıza təşrif buyuracaq.

 

Qeyd edək ki, bu gün saat 17-45-də Fairmont otelində 45 ölkədən 128 şahmatçının iştirak etdiyi Dünya Kubokuna həsr olunan mətbuat konfransı keçiriləcək. Yarışın təntənəli açılış mərasimi sabah saat 19-da Beynəlxalq Muğam Mərkəzində olacaq. İlk turun oyunları sentyabrın 11-də saat 15:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti