Şeydayevin dublu Rusiyanı xilas etmədi

14:31 9 Sentyabr 2015

"Avro-2017"nın seçmə mərhələsində 21 yaşadək futbolçulardan ibarət yığmamızın yer aldığı 7-ci qrupda daha iki oyun keçirilib. Sportarena.az xəbər verir ki, Avstriya öz meydanında Rusiyanı qəbul edib.

 

Yeddi qolun vurulduğu görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb. Rusiya millisinin heyətində əslən azərbaycanlı olan Ramil Şeydayev dublla yadda qalıb. Matçın 41-ci dəqiqəsində komandasının ilk qolunu vuran Şeydayev 64-cü dəqiqədə penaltidən fərqlənib.

 

Qeyd edək ki, qrupumuzun digər oyununda Finlandiya doğma meydanda Farer adalarını 3:0 hesabı ilə məğlub edib.


Digər xəbərlər

Xəbər xətti