Azərbaycanlı atletdən yeni rekord

19:02 9 Sentyabr 2015

Türkiyə millisində çıxış edən əslən azərbaycanlı atlet Ramil Quliyev 200 metr məsafəyə qaçışda özünə aid rekordu yeniləyib.

 

Sportarena.az xəbər verir ki, 25 yaşlı sprinter Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Ümumdünya Çağırış turnirində finişə 19,88 saniyəyə çatıb. Bununla da R.Quliyev bu yaxınlarda Çinin paytaxtı Pekindəki dünya çempionatı vaxtı əldə etdiyi 20,01 saniyəlik ölkə rekordunu yeniləyib. Bu, həm də siyahının 6-cı, bütün zamanların 34-cü göstəricisi olub.

 

Qeyd edək ki, Ramil Quliyev Pekindəki dünya çempionatının finalına yüksələrək 6-cı yeri tutub.


Digər xəbərlər

Xəbər xətti