Gürcü klubu yığmamızı darmadağın etdi

11:27 10 Sentyabr 2015

Gürcüstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sonuncu yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, “Saburtalo” klubu ilə keçirilən oyun Gürcüstan təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Xatırladaq ki, yığmamız toplanış çərçivəsində daha əvvəl keçirdiyi oyunlarda Tiflisin “Lokomotiv” klubuna 0:2 hesabı ilə məğlub olub, “Sxinvali” klubunun əvəzedici heyətinə isə qalib gəlib- 6:1.


Digər xəbərlər

Xəbər xətti