Erməni şahmatçı Bakıda - FOTO

18:05 10 Sentyabr 2015

"Dünya Kubokunda mümkün qədər yaxşı çıxış etmək istəyirəm. Bizi çox maraqlı və gərgin mübarizə gözləyir".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Ermənistan millisinin şahmatçısı Levon Aronyan deyib. Dünya Kubokunda iştirak edəcək Ermənistan yığması az öncə Bakıya gəlib. Yarışın mətbuat xidmətinə açıqlama verən Aronyan bildirib ki, sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək yarışda onları çox maraqlı və gərgin mübarizə gözləyir:

 

"Bütün şahmatçılar Bakıya iddialı gəlib. Əsas rəqiblərim arasında yerli şahmatçılardan Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da var. Bakı haqqında dostlar mənə çox şeylər danışıblar. Turnirin sonuna yaxın imkan olsa şəhəri görmək maraqlı olardı. Mənim müəllimlərim arasında əslən Bakıdan olanlar da olub".

 

Qeyd edək ki, Ermənistan millisi Dünya Kubokunda 4 şahmatçı ilə təmsil olunaca


Xəbər xətti