Güləş millimiz dünya çempionatında 2-ci oldu

10:53 11 Sentyabr 2015

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə dünya çempionatı davam edir. Sportarena.az xəbər verir ki, artıq çempionatda yunan-Roma güləşi yarışları başa çatıb.

 

Yunan-Roma güləşçilərimiz Rio Olimpiadasına 6 mümkün lisenziyadan 4-ünü (Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq)) qazanıb və lisenziya sayına görə, Rusiya ilə bərabər ilk sırada qərarlaşıb.

 

Çempionatı 1 qızıl (Rəsul Çunayev, 71 kq), 1 gümüş (Rövşən Bayramov, 59 kq) və 1 bürünc Saman Təhmasibi, 85 kq) medalla başa vuran yunan-Roma güləşi üzrə yığmamız komanda hesabında 39 xal toplayaraq ikinci olub. İlk sıranı 46 xalla Rusiya, üçüncü yeri 35 xalla Ukrayna komandası tutub.

 

Çempionatda uğurlu çıxış edən yunan-Romaçılarımız artıq vətənə yola düşüb. Bakı vaxtı ilə bu gün saat 21:00-da vətənə qayıdacaq güləşçilərimizin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanma mərasimi təşkil olunacaq.


Digər xəbərlər

Xəbər xətti