Hafiz Məmmədov "Bakı"nın bazasına gəldi və söz verdi - FOTOLAR

11:05 11 Sentyabr 2015

"Bakı"nın prezidenti Hafiz Məmmədov dünən klubun bazasını ziyarət edib. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Məmmədov I divizionun ilk turu çərçivəsində "Şərurspor"a qarşı baş tutan oyundan (2:1) sonra bazaya baş çəkib. Komandanı əzmkar qələbə münasibəti ilə təbrik edən klub prezidenti, bundan sonra hər şeyin yaxşı olacağını qeyd edib:

 

"İlk növbədə sizi bugünki əzmkar qələbə münasibəti ilə təbrik edirəm. Sona qədər mübarizə aparıb, layiqli qələbə qazanmağınız məni çox sevindirdi. Son aylar ərzində "Bakı"da müəyyən problemlər oldu. Amma bundan sonra hər şey yaxşı olacaq. Maaşlarınızı vaxtı-vaxtında alacaqsınız. Tezliklə "Bakı" əvvəlki kimi iddialı olacaq. Kluba sadiq qalan futbolçuların, məşqçilərin, komandanın əməkdaşlarınının sədaqətini qiymətləndirməyə bilmərəm. Onlar daim mənimlə olacaqlar. Qısa zaman ərzində bütün çatışmazlıqlar aradan qalxacaq və "Bakı" əvvəlkindən də güclü olacaq".

 


Digər xəbərlər

Xəbər xətti