Bolqarıstan - Azərbaycan oyunu Milli Stadionda

15:20 12 Sentyabr 2015

Bolqarıstan və Azərbaycanın futbol üzrə milli komandaları arasında keçiriləcək AVRO-2016-nın seçmə qrup matçının stadionu müəyyənləşib. Sportarena.az xəbər verir ki, H qrupunda yer alan iki komandanın görüşü oktyabrın 13-də Sofiyadakı Vasili Levski adına Milli Stadionda təşkil olunacaq.

 

Görüş Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

 

Qeyd edək ki, H qrupunda 8 turdan sonra Bolqarıstan millisi 8 xalla 4-cü, Azərbaycan yığması isə 6 xalla 5-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti