DÇ-2015: Son gündə gümüş medal və növbəti lisenziya

12:02 13 Sentyabr 2015

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı başa çatdı. Sportarena.az xəbər verir ki, çempionatın son günündə sərbəst güləş üzrə 57, 70, 74 və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşdilər.

 

Cəmaləddin Məhəmmədov (125 kq) gümüş medal əldə etdi və lisenziya qazandı.

 

57 kq
1/16 final - Marsel Evald (GER) - Mahir Əmiraslanov - 0:7
1/8 final - Yuki Takahaşi (JPN) - Mahir Əmiraslanov - 5:3

 

70 kq
1/16 final - Dejan Mitrov (MKD) - Ruslan Dibirhacıyev - 0:10
1/8 final - Bekzod Abduraxmonov (UZB) - Ruslan Dibirhacıyev - 4:2

 

74 kq
1/16 final - Stefan Reixmut (SUİ) - Cəbrayıl Həsənov - 0:8
1/8 final - Cəbrayıl Həsənov - Anvar Geduev (RUS) - 0:4

 

125 kq
1/16 final - Cəmaləddin Məhəmmədov - Mohammed Sabah Abdulmalek Saklave (İRQ) 10:0
1/8 final - Cəmaləddin Məhəmmədov - Nobuyoşi Arakida (JPN) 11:0
1/4 final - Cəmaləddin Məhəmmədov - Çulunbat Jarqalsayxan (MGL) - təmiz qələbə
1/2 final - Cəmaləddin Məhəmmədov - Geno Petriaşvili (GEO) - təmiz qələbə
Final - Cəmaləddin Məhəmmədov - Taxa Akgül (TUR) - 0:10

 

Məlumat üçün bildirək ki, Las Veqasda keçirilən Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edir.

 

Xatırladaq ki, bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq) və Xetaq Qazyumov (97 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib.

 

Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərdən Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (58 kq) bürünc, sərbəst güləşçilərdən Hacı Əliyev (61 kq) qızıl, Xetaq Qazyumov (97 kq) bürünc medala yiyələnib.


Digər xəbərlər

Xəbər xətti