"Qarabağ"ın rəqibi "Sanderlend" səfərində

17:02 13 Sentyabr 2015

İngiltərə Premyer Liqasının V turu çərçivəsində bu gün daha 2 oyun baş tutacaq. Sportarena.az xəbər verir ki, "Tottenhem" də növbəti sınağına çıxacaq. Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan hutsburqllular "Sanderlend" səfərinə yollanacaqlar. Oyun Bakı vaxtı ilə 17:30-da başlayacaq.

 

Qeyd edək ki, "Qarabağ" Avroliqanın qrup mərhələsində ilk oyununu məhz "Tottenhem"ə qarşı keçirəcək. İngilis klubu ilə oyun sentyabrın 17-si, saat 22:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti