"Qəbələ"nin üzvləri Prezident kubokunda fərqləndilər

17:14 13 Sentyabr 2015

Türkiyənin Ərzurum şəhərində 1-ci Prezident kuboku Beynəlxalq Boks turniri keçirilib. Sportarena.az xəbər verir ki, 5 gün davam edən yarışda 34 ölkədən 170 idmançı qüvvəsini sınayıb.

 

Turnirdə “Qəbələ” İdman Klubunun boksçuları da çıxış edib. Təmsilçilərimiz yarışı iki medalla başa vurub.

 

75 kq çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məhəmmədəli Tahirov isə 91 kq çəki dərəcəsində fəxri kürsüyə yüksəlib. Yarımfinalda mübarizəni dayandıran boksçumuz buna bürünc medalın sahibi kimi nail olub.


Digər xəbərlər

Xəbər xətti