AAAF Parkın sakinləri üçün növbəti sürprizi!!! (R)

18:19 13 Sentyabr 2015

AAAF Park Yaşayış Kompleksi öz sakinləri üçün mütəmadi olaraq kampaniyalar edərək, sakinlərinə olan diqqət və qayğısını göz önündə saxlayır. Sportarena.az xəbər verir ki, Aaaflı olmanın üstünlüklərini hiss etdirəcək növbəti kampaniya isə yeni alış-veriş üsuludur. Belə ki bütün sakinlər sakin kartı və şəxsiyyət vəsiqəsini təqdim etməklə AAAF Park Yaşayış Kompleksində olan bütün mağazalardan alış-veriş edə bilər və borcunu 60 gün ərzində, hissə-hissə olmaql geri ödəyə bilər. AAAF Park bu jesti ilə həm sakinlərinin rahatlığını, həm də onlara verdiyi dəyər və güvənini nümayiş etdirir.

 

Yüksək keyfiyyətli və məşhur brend geyimlərini daha sərfəli qiymətlərə almaq istəyirsinizsə AAAF Parkda yerləşən mağazalarımıza yaxınlaşmağınız kifayətdir. Xatırladaq ki, AAAF Park mağazalar şəbəkəsinə Türk brendi olan “Armine”butiki, “Cons”, “Piserro”, “H&M” və “LK&JNS” kimi qadın və kişi geyimləri mağazaları, “Limustore” uşaq geyim və oyuncaq dünyası və məşhur “Polaris” qadın, kişi və uşaq ayaqqabı mağazaları daxildir. Bundan əlavə olaraq AAAF Parkda“bluekey” Outlet və yeni açılmış qadın iç geyim mağazaları da sakinlərin yolunu gözləyir.


Digər xəbərlər

Xəbər xətti