Eddi İsrafilov "fərqləndi", komandası 1 xal qazandı

11:53 14 Sentyabr 2015

İspaniya La Liqasında 3-cü turun oyunları keçirilib. Sportarena.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun forma geyindiyi "Eybar" səfərdə "Malaqa" ilə qolsuz heç-heçə edib.

 

Oyuna ehtiyyat skamyasında başlayan İsrafilov matçın 66-cı dəqiqəsində komanda yoldaşı Eskalantenin əvəzinə meydana daxil olub. Matçın 73-cü dəqiqəsində isə millimizin üzvü sarı vərəqə ilə "fərqlənib".

 

Qeyd edək ki, İsrafilovlu "Eybar" 3 turdan sonra 7 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti