"Azərbaycan millisində oynamayacam" - Emin Mahmudov

15:36 16 Sentyabr 2015

"Bu yay qohumlarımdan birinin toyu üçün Azərbaycana getdim. Mən Saatlı rayonunda doğulmuşam. Ancaq bəzən Cəlilabad rayonunda oluram. Bura mənim anamın doğulduğu yerdir. Həmin kənd İrana yaxın ərazidə yerləşir. Bir saatdan da az vaxta sərhədi keçmək mümkündür".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Mordoviya" klubunun Azərbaycan əsilli futbolçusu Emin Mahmudov deyib. Rusiya mətbuatına müsahibə verən yarımmüdafiəçi Azərbaycana səfərindən danışıb:

 

"Adını çəkdiyim rayonlar oyunumu izləmirlər. Orada həyat səviyyəsi yüksək deyil. Onlarda peyk televiziyası və internet yoxdur ki, Rusiya Premyer Liqasının oyunlarını izləsinlər".

 

Sonda isə Mahmudov milli komandamızda çıxış etmək məsələsinə toxunub: "Bir neçə dəfə təklif almışam. Ancaq istənilən halda, Azərbaycan yığmasında oynamayacam. Çünki belə olan təqdirdə Rusiyada legioner sayılacam. Ümid edirəm ki, Rusiya millisindən dəvət alacam".


Digər xəbərlər

Xəbər xətti