İtaliya millisi Dünya Kubokunu Bakıya gətirir

18:19 16 Sentyabr 2015

Azərbaycan milli komandası Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda İtaliya yığmasını qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, görüş Bakı Olimpiya Stadionunda keçiriləcək və ölkənin ən böyük idman arenasında baş tutacaq ilk rəsmi futbol oyunu kimi tarixə düşəcək.

 

Bu gün məlum olub ki, İtaliya yığması Dünya Kubokunu Azərbaycana gətirəcək. Azarkeşlər oyun günü Olimpiya Stadionunda nümayiş etdiriləcək planetin əsas futbol kuboku ilə şəkil çəkdirmək imkanı əldə edəcəklər.


Xəbər xətti