Teymur Rəcəbov: "Bununla kifayətlənmək fikrində deyiləm"

13:49 17 Sentyabr 2015

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/16 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Sportarena.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun mətbuat xidmətinə açıqlamasında tay-brekdə İsrail təmsilçisi İlya Smirin üzərində qazanılan qələbə haqda danışıb.

 

O bildirib ki, israilli qrossmeysterə qarşı keçirdiyi hər iki oyun çətin olub: "Məhz buna görə onda hər şey tay-brekdə həll olundu. Təbii ki, Şəhriyar Məmmədyarov və Qədir Hüseynovla birgə 1/16 finala yüksəldiyim üçün çox şadam. Qarşıdakı mərhələlərdə də uğur qazanmaq istəyirəm. Bununla kifayətlənmək fikrində deyiləm. Əsas məqsəd iddiaçılar turnirinə vəsiqə qazanmaqdı. Çox istərdim ki, şahmatçılarımızdan biri final mərhələsinə vəsiqə qazansın".


Xəbər xətti