Arsen Vengerdən antirekord: 50-ci məğlubiyyət

18:05 17 Sentyabr 2015

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Zaqrebdə "Dinamo"ya uduzan (1:2) "Arsenal"ın baş məşqçisi Arsen Venger turnirin tarixinə düşüb.
Sportarena.az xəbər verir ki, fransalı mütəxəssis qitənin ən mötəbər turnirində 50-ci məğlubiyyəti ilə üzləşib.
Bununla da, Venger Çempionlar Liqasında meydanı 50-ci dəfə məğlub tərk edən ilk məşqçi olub.
Qeyd edək ki, Arsen Venger 1996-cı ildən "Arsenal"ı çalışdırır.
 


Xəbər xətti