Millimizin üzvü üçün 90 dəqiqə və 1 xal

15:45 20 Sentyabr 2015

Ukrayna çempionatında VIII turun oyunları keçirilib. Sportarena.az xəbər verir ki, millimizin üzvü Pavel Paşayevin çıхış etdiyi "Metallurq" (Zaparoje) öz meydanında “Metallist”i qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

 

Start heyətində meydana çıxan Paşayev sona qədər mübarizə aparıb. O, 30-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

 

Qeyd edək ki, "Metallurq" 8 turdan sonra 3 хalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti