Yığmamız Avropa çempionatının elit mərhələsində!

18:01 20 Sentyabr 2015

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Uelsın Flintshire şəhərində təşkil olunmuş Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib. Sportarena.az xəbər verir ki, komandamız Xorvatiya seçməsi ilə qarşılaşıb.

 

Yığmamız rəqibini 2:1 hesabı ilə məğlub edib. Bu nəticə ilə komandamız növbəti mərhələyə qrup lideri kimi vəsiqə qazanıb.

 

Xatırladaq ki, futbolçularımız ilkin seçmə mərhələnin ilk oyununda Uels yığmasına 4:1, Belçika komandasına isə 3:0 hesabı ilə qalib gəlmişdi.


Digər xəbərlər

Xəbər xətti