AFFA-dan növbəti yenilik

10:17 21 Sentyabr 2015

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ölkə futbolunda baş verən hadisələrin, AFFA və milli komandalar barədə xəbərlərin ictimaiyyətə operativ çatdırılması üçün daha bir yeniliyin tətbiqinə başlayıb.

Sportarena.az xəbər verir ki, iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri App Store və Play Market-ə daxil olmaqla “AFFA news” adlı tətbiqi (application) cihazına ödənişsiz yükləyə bilər. AFFA-nın www.affa.az ünvanlı veb-saytında yerləşdirilən bütün xəbərlər, eləcə də videoçarxlar dərhal “AFFA news” tətbiqində öz əksini tapacaq və istifadəçinin istəyindən asılı olaraq, hər bir yenilənmə ilə bağlı cihazına səsli xəbərdarlıq göndəriləcək.


Xəbər xətti