Yığmamızın üzvü dünya çempionatında 8-ci oldu

15:57 21 Sentyabr 2015

ABŞ-ın Riçmond şəhərində velosiped idmanının şosse növü üzrə dünya çempionatına start verilib. Sportarena.az xəbər verir ki, ilk yarış günü qadınlar arasında komanda ötüşməsində (Team Time Trial) qaliblər müəyyənləşib.

 

Azərbaycan yığmasının üzvü Yelena Pavluxinanın heyətində yer aldığı Sloveniyanın "Lyublyana" klubu 38.8 km məsafəni 50 dəqiqə, 38 saniyəyə başa vurub. Bu göstərici isə təmsilçimizin komandasının 8-ci yeri tutması ilə nəticələnib.

 

"Lyublyana" çempion olan Almaniyanın "Velocio-SRAM" komandasından 3 dəqiqə, 3 saniyə geri qalıb.


Digər xəbərlər

Xəbər xətti