Millimiz Avropa çempionatının final mərhələsində - YENİLƏNİB

23:30 22 Sentyabr 2015

Bu gün futzal üzrə "Avro-2016"nın "pley-off" mərhələsinə yekun vurulacaq. Sportarena.az xəbər verir ki, millimiz də cavab matçına çıxacaq. Komandamız səfərdə Slovakiyanın qonağı olacaq.

 

İlk oyunda rəqibini 3:1 hesabı ilə məğlub edən seçməmiz cavab görüşündə bu üstünlüyünü qorumağa çalışacaq. İstənilən heç-heçə və 1 top fərqi ilə məğlubiyyət komandamızı final mərhələsinə daşıyacaq.

 

Qeyd edək ki, bu duelin qalibi gələn il, 2-13 fevralda Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək "Avro-2016"nın final mərhələsində iştirak edəcək.

 

"Avro-2016", pley-off mərhələsinin cavab oyunu

22 sentyabr

Slovakiya - Azərbaycan 1:1

Qol: Vitali Borisov, 7 (0:1) Rafay, 24 (1:1)
İlk oyun - 1:3
Hakimlər:
Timo Onatsu, Toni Lehtinen (hər ikisi Finlandiya)
Trnava. "Mestska Sportova Hala" stadionu.


Xəbər xətti