"Zirə"yə texniki məğlubiyyət + pul cəriməsi

12:58 22 Sentyabr 2015

Bu gün AFF İntizam Komitəsinin iclası keçirilib. Sportarena.az xəbər verir ki, tədbirdə əvəzedici heyətlərin V turunda qeydə alınan qayda pozuntularına da baxılıb.

 

"Zirə" – "Rəvan" matçında oyunöncəsi iclasda ev sahiblərinin nümayəndəsi iştirak etmədiyinə görə klub 1000 manat cərimə olunub. Bundan başqa, yaş limiti pozulduğuna görə "Zirə"yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

"Neftçi" – "Xəzər Lənkəran" matçında isə meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti