AFFA-nın I diviziondan qazancı - 120 manat

13:11 22 Sentyabr 2015

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında birinci divizionun II turunun oyunları da müzakirə olunub. Sportarena.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub.

 

"Zaqatala" – "Şəmkir" matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

 

"Bakılı" – "Energetik" matçının 59-cu dəqiqəsində qonaq komandanın futbolçusu Elvin Əlizadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti