Berti Foqtsdan "Borussiya" rəhbərliyinə məsləhət

14:17 22 Sentyabr 2015

Millimizin sabiq çalışdırıcısı Berti Foqts Lyusyen Favrla yollarını ayıran "Borussiya" klubuna məsləhət verib. Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis Münhenqladbax təmsilçisini hazırda işsiz olan Yurgen Kloppun çalışdırmalı olduğunu bildirib:

 

"Borussiya"nı Yurgen Klopp çalışdırmalıdır. Bu komandanın yeniliyə ehtiyacı var. Klopp baş məşqçi vəzifəsinə ən ideal namizəddir. İnanıram ki, o, komandanı çətin vəziyyətdən çıxaracaq".

 

Qeyd edək ki, Klopp 2008-2015-ci illərdə "Borussiya" (Dortmund) klubunu çalışdırıb.


Xəbər xətti