"Mançester Yunayted"in müdafiəçisi 9 ay oynamayacaq

19:08 23 Sentyabr 2015

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun PSV ilə oyununda ayağı qırılan "Mançester Yunayted"in müdafiəçisi Lyuk Şounun durumuna aydınlıq gəlib. Sportarena.az xəbər verir ki, futbolçu 9 ay yaşıl meydanlardan kənarda qalacaq. Bu isə o deməkdir ki, Şou üçün mövsüm vaxtından əvvəl bitib.

 

Qeyd edək ki, PSV ilə oyunda ayağıiki yerdən sınan müdafiəçi eyni sayda cərrahiyə əməliyyatı keçirib.


Xəbər xətti