Güləşçilərimiz Rusiya dövlət xadiminin xatirə turnirində iştirak edəcək

11:48 28 Sentyabr 2015

2-4 oktyabr 2015-ci il tarixdə Dağıstanın Levaşi rayonunda Rusiyanın ictimai və dövlət xadimi Nurbaqand Qapizovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 1995-97-ci il təvəllüdlü gənclər arasında I beynəlxalq turnir keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, turnirdə sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın üzvləri iştirak edəcək. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Siracuddin Eldarovun rəhbərliyi altında turnirə 8 idmançı yollanacaq.

 

Heyətdə Arif Hüseynov (50 kq), Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq), Pənah İlyaslı (66 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Həmzətxan İsrapilov (120 kq) yer alacaq.


Digər xəbərlər

Xəbər xətti