Karate Tokio Olimpiadasının proqramına daxil edildi

17:10 28 Sentyabr 2015

Tokio-2020-nin Təşkilat Komitəsinin karatenin 5 il sonrakı Olimpiya oyunlarının yarış proqramına əlavə idman növü kimi daxil edilməsi təklifi, Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən müsbət cavablandırılıb. Sportarena.az xəbər verir ki, Tokio Olimpiadasının kumite yarışlarında kişilər və qadınlar 3 çəki dərəcəsində mübarizə aparacaq.

 

Kata çıxışlarında isə kişi və qadınlardan 1 idmançı tatamiyə çıxacaq. Təsnifat yarışlarının qaydaları qarşıdakı dövrdə dəqiqləşdiriləcək.

 

Bu tarixi qərar münasibəti ilə Dünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinos federasiyalara, o cülədən Azərbaycan Milli Karate Federasiyasına təbrik məktubu göndərib. Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Bakıda Avropa Oyunlarının karate yarışlarında olarkən, bu döyüş idman növünün perspektivlərinə inandığını bildirmişdi.


Xəbər xətti