"Qəbələ"dən 2 oyuna 16 qol

17:23 28 Sentyabr 2015

“Qəbələ” Futbol Akademiyasının U-15 komandası növbəti oyununu keçirib. Sportarena.az xəbər verir ki, "qırmızı-qaralar" AFFA-nın yeniyetmə futbolçular arasında təşkil etdiyi “Boulevard Hotel U-15 Liqası”nda ilk ev qarşılaşmasına çıxıb.

 

Səfərdə keçirdiyi ilk turda “Turan” İB komandasına 8:0 hesabı ilə qalib gələn Xaqani Məmmədovun yetirmələri bu dəfə “Ağsu” ilə qarşılaşıb. “Qəbələ” bu görüşdə də aşkar üstünlüyə malik olub. Matçın hər iki hissəsində oyuna nəzarəti əlində saxlayan “qırmızı-qaralar” qonaqların qapısına 8 cavabsız qol vurub. Keçirdiyi hər iki görüşdə 8:0 hesabı ilə qalib gələn U-15 6 xal qazandığı matçlarda 16 qol vurub, qapısını toxunulmaz saxlayıb.

 

Bu nəticələrlə çempionatın liderlərindən olan komanda növbəti oyununu sentyabrın 30-da keçirəcək. “Qəbələ” III turun qarşılaşmasında “Kəpəz”lə görüşəcək. “Qırmızı-qaralar” bu dəfə səfərdə oynayacaq.


Xəbər xətti