"Barselona"dan əzmkar qələbə, "Çelsi", "Arsenal" və "Roma" uduzdu - YENİLƏNİB

01:38 30 Sentyabr 2015

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin II turunun oyunlarına start veriləcək. Sportarena.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qrupunun görüşləri baş tutacaq.

 

Gecənin maraqlı qarşılaşmalarından biri İspaniyada baş tutacaq. La Liqanın son turunda Lionel Messini itirən "Barselona" doğma azarkeşləri önündə "Bayer"i qəbul edəcək. Kataloniyalıların Leosuz nə edəcəyi maraqla gözlənilir.

 

G qrupunda "Çelsi" səfərdə "Portu"nun qonağı olacaq. "Zadəganlar"ın baş məşqçisi Joze Mourinyo sabiq klubu ilə matçda da 3 xal qazanıb, komandasını ilk pillədə möhkəmlətməyə çalışacaq.

 

H qrupunda da maraqlı matçlar olacaq. "Lion" "Valensiya"nı, "Zenit" isə "Gent"i qəbul edəcək.

 

Çempionlar Liqası, II tur

29 sentyabr

 

E qrupu

23:45. "Barselona" (İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya) 2:1

23:45. BATE (Belarus) - "Roma" (İtaliya) 3:2

 

F qrupu

23:45. "Bavariya" (Almaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) 5:0

23:45. "Arsenal" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) 2:3

 

G qrupu

23:45. "Makkabi" (Təl-Əviv, İsrail) - "Dinamo" (Kiyev, Ukrayna) 0:2

23:45. "Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə) 2:1

 

H qrupu

23:45. "Lion" (Fransa) - "Valensiya" (İspaniya) 0:1

23:45. "Zenit" (Rusiya) - "Gent" (Belçika) 2:1


Digər xəbərlər

Xəbər xətti