Dünya futbolunda ilk - VİDEO

19:14 29 Sentyabr 2015

Türkiyə superliqasının 6-cı turunda keçirilən "Kasımpaşa" - "Rizespor" matçından sonra maraqlı hadisə baş verib.

 

Sportarena.az xəbər verir ki, "Kasımpaşa"nın baş məşqçisi Rza Çalımbay oyundan sonra televiziyaların birinə müsahibə verərkən görüşün baş hakimi Dəniz Çoban canlı yayıma qatılaraq ondan üzr istəyib, kobud səhvə yol verdiyini deyib.

 

Hər iki komandanın əleyhinə səhv qərarlar verdiyini etiraf edən referi bu səhvlərinə görə hətta karyerasını başa vura biləcəyini də söyləyib.

 


Xəbər xətti