Levandovski Messiyə çatdı

18:37 30 Sentyabr 2015

"Bavariya"nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının qrup mərhələsində "Dinamo" (Zaqreb) ilə keçirilən görüşdə het-triklə yadda qalıb. Sportarena.az xəbər verir ki, polşalı futbolçu Çempionlar Liqasında vurduğu qolların sayını 25-ə çatdırıb.

 

O, 25 qolu turnirdə keçirdiyi 42-ci oyununda vurub. Bununla da, Levandovski "Barselona"nın hücumçusu Lionel Messinin uğurunu təkrarlayıb. Argentinalı futbolçu da qitənin ən mötəbər turnirində 25-ci qoluna 42-ci matçında imza atıb.

 

Qeyd edək ki, bu göstəricidə rekord "Milan"ın sabiq futbolçusu Filipo İnzaqi və "Mançester Yunayted"in keçmiş forvardı Rud van Nistelroya məxsusdur. Hər iki futbolçu Çempionlar Liqasında 25-ci qolunu 30-cu oyunlarında vurublar.


Digər xəbərlər

Xəbər xətti