Messi “El-Klasiko”da çıxış edəcək?

00:42 1 Oktyabr 2015

“Las-Palmas”la çempionat oyununda zədələnərək, sıradan çıxan “Barselona”nın ulduz futbolçusu Lionel Messinin nə vaxt sıraya dönəcəyinə aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, argentinalı hücumçu “El-Klasiko”da forma geyinə biləcək. Belə ki, həkimlər Messinin zədəsini ən geci 8 həftəyə sağaldacağını bildiriblər. Bu isə o deməkdi ki, noyabrın 21-də Madrid “Real”ı ilə keçiriləcək qarşılaşmada 28 yaşlı futbolçu meydana çıxacaq. Bu xəbər Kataloniya klubunun baş məşqçisi Luis Enrikeni sevindirib. 


Digər xəbərlər

Xəbər xətti