İtaliyanın millimizlə oyun üçün heyəti açıqlandı

13:25 4 Oktyabr 2015

İtaliya millisinin "AVRO-2016"nın təsnifat mərhələsi çərçivəsində Azərbaycan və Norveçə qarşı keçiriləcək oyunlar üçün heyəti açıqlanıb. Sportarena.az xəbər verir ki, baş məşqçi Antonio Konte düşərgəyə 27 futbolçu çağırıb. "Sassuola"nın hücumçusu Domeniko Berardi ilk dəfə ölkənin 1 nömrəli yığmasına dəvət alıb.

 

Qapıçılar: Buffon ("Yuventus"), Siriqu (PSJ), Padelli ("Torino");

Müdafiəçilər: Astori ("Fiorentina"), Barsali ("Yuventus"), Bonuççi ("Yuventus"), Kyellini ("Yuventus"), Darmian ("Mançester Yunayted), De Şilyo ("Milan"), Ranokkiya ("İnter"), Santon ("İnter");

Yarımmüdafiəçilər: Florensi ("Roma"), Bertolaççi ("Milan"), Montolivo ("Milan"), Parolo ("Lasio"), İnsinye ("Napoli"), Pirlo ("Nyu-York Siti"), Soriano ("Sampdoriya"), Kandreva ("Lasio"), Verratti (PSJ);

Hücumçular: Berardi ("Sassuolo"), Eder ("Sampdoriya"), El-Şaaravi ("Monako"), Covinko ("Toronto"), Pelle ("Sautqempton"), Kvalyarella ("Torino"), Dzadza ("Yuventus").


Xəbər xətti